Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz qorunub möhkəmləndi, demokratik hüquqi dövlət quruldu

0

  • 1991-ci ilin
    oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq
    niyyəti güdən təcavüzü Respublikada vəziyyəti gərginləşdirmişdir. 1993-cü il
    iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi
    hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi.
    Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti
    düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov
    götürülmüşdür. Qiyamçı hərbi hissənin rəhbərliyi  Baş nazir və Milli
    Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb
    etmişdir. Vəziyyət nəzarətdən çıxmış, ətraf rayonların icra
    başçıları zorla dəyişdirilmiş, Surət Hüseynovun qiyamı məhdud
    Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas
    almışdır. Belə böhranlı və ağır vəziyyətdə
    ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik
    rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Hələ
    1992-ci ilin mart ayında Xocalı şəhidlərinin Ağdam məscidi
    qarşısından yola salınması zamanı atam Şükür Bəşirov yaxın qohumlarını və
    həmyerlilərini toplayaraq Ağdam Xalq Cəbhəsinin önündə mitinq keçirərərək
    Ümummilli lider Heydər Əliyevi Naxçıvandan Azərbaycana dəvət etmələrini o
    vaxtki hökümətdən tələb etmişdir. Həmin mitinq hərbi operator Seyidağa
    Mirmövsümlü tərəfindən çəkilərək efirə verilmişdir. Bu taleyüklü sınaq
    anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan
    böyük strateq Heydər Əliyev
    Bakıya dönərək Respublikada yaranmış hakimiyyət böhranının aradan
    qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. Ümummilli
    liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi
    və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar
    aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında
    mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra -iyun
    ayının 15-də isə Ulu öndər
    parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini
    nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin
    Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. Bu tarixi
    hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni
    mərhələnin başlanğıcına çevrilmişdir. Bundan sonra Respublikamızda
    mərkəzi hakimiyyətin gücləndirilməsi, hüquq mühafizə, məhkəmə islahatları və
    ordu quruculuğu istiqamətində mühüm işlər görülmüşdür. Nəticədə Ümummilli lider
    Heydər Əliyevin
    layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
    Qarabağ işğaldan azad olunmuşdur.

    Beləliklə də,
    15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi
    daxil edilmişdir.

    Sonralar millət
    vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması
    təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdir.
    O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi
    qeyd edilir.Rac BƏŞİROV,                              Xocalı rayon icra və probasiya şöbəsinin
    rəisi, ədliyyə müşaviri

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib61 dəfə
    Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz qorunub möhkəmləndi demokratik hüquqi dövlət quruldu

    Maraqlı gələ bilər
    131
    60
    56
    109
    45